"Deməzdim ki, Azərbaycan millisi çox zəif idi"

12.06.2019 | 1471 dəfə oxunub

"Biz əla oynadıq. İlk dəqiqədən sona qədər üstün olduq. Qol buraxmağımıza baxmayaraq, çoxlu şans qazandıq. Hər şeydən razıyam".

Stadium.Az xəbər verir ki, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsində Bakıda yığmamıza qalib gəldikləri oyundan (5:1) sonra keçirilən mətbuat konfransında deyib.

O, "Bu qədər zəif Azərbaycan yığması gözləyirdiz" sualını belə cavablandırıb: "Deməzdim ki, Azərbaycan millisi çox zəif idi. Sadəcə, biz çox yaxşı oynadıq, performansımız yüksək oldu və rəqibə oynamağa imkan vermədik".

Hapal Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunlarında yenidən paytaxtımıza gəlmək istədiyini bildirib: "Əlbəttə, bura qayıtmaq istərdim. Qazanılan 3 xalla yanaşı, vurulan və buraxılan qollar da sonda rol oynaya bilər. Bakı gözəl şəhərdi və böyük stadionu var. Bakı Olimpiya Stadionu kimi gözəl stadionda yenidən oynamaq istərdik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ