Deputat: "Azarkeşlər gedib öz işlərilə məşğul olsunlar"

13.06.2019 | 1867 dəfə oxunub

Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Əbiyev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyətindən və buna görə azarkeşlərin AFFA rəhbərliyini istefaya çağırmasından danışıb.

Stadium.Az xəbər verir ki, Ağacan Əbiyev "Demokrat.az"a açıqlamasında bildirib ki, azarkeşlər öz işlərilə məşğul olmalıdırlar:

“Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Məgər komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işlərilə məşğul olsunlar. Onların AFFA-nın, futbolçuların işinə qarışmağa ixtiyarları yoxdur. Komanda uduzursa, azarkeşlərin nə deməsinin əhəmiyyəti yoxdur. Azarkeşin işi gəlib futbolu seyr etməkdir. Heç kəs azarkeşləri məcburi stadiona gətirmir. Əgər azarkeşlər komandanın oyununu bəyənmirlərsə, baxmasınlar. Onları kimsə məcbur etmir”.

Deputat deyib ki, əgər azarkeşlər belə ağıllıdırlarsa və futbolu daha yaxşı bilirlərsə, buyurub özləri oynasınlar:

“Görək, azarkeşlər futbol oynayanda necə udurlar? Bəs komandamız qalib gələndə niyə azarkeşlər təşəkkür etmirlər? Bir komanda udanda digəri uduzar, bu həyatın qanunudur. O gün Fransa komandası da 2:0 hesabı ilə uduzdu. İndi buna görə istefa oldu? Mən yenə deyirəm ki, hansısa idman azarkeşlərinin istəyilə AFFA rəhbərliyini və məşqçiləri dəyişmək olmaz. Dünyanın heç yerində belə təcrübə yoxdur. Digər tərəfdən isə dünyada elə dövlətlər var ki, onlar futbolun inkişafına Azərbaycandan dəfələrlə çox vəsait ayırırlar. Ancaq Azərbaycan komandası onlardan üstün olur. Nədənsə, bizim azarkeşlərin işi futbolçuların pulunu saymaqdır. Onu da düzgün saya bilmirlər. Mən yenə deyirəm. Bu futboldur, komanda udar da, uduzar da. azarkeşlər gedib futbollarını izləsinlər. Digər məsələlərlə futbolçular məşğul olur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ