Aftandil Hacıyev: "İstədiyimiz nəticəni əldə etməyə çalışacağıq"

18.07.2019 | 1398 dəfə oxunub

"Bakıda bolqollu oyun izləmişdik, maraqlı matç alınmışdı. Artıq rəqibi yaxından tanıyır, bizi daha çətin oyunun gözlədiyini bilirik. 17 saatlıq yol qət etmişik. "Universitatya" favorit olsa da, klub da, prezidentimiz də gəncdir. Get-gedə oyunumuzu inkişaf etdirmək üçün bizə təcrübə lazımdır. İlk ilimizdə belə bir komanda ilə qarşılaşmaq bizim üçün böyük uğurdur".

Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Universitatya Krayova" ilə keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

Gənc mütəxəssis bildirib ki, lazımi nəticə üçün mübarizə aparacaqlar: "Amma qol buraxdıqda gərək üç qol vuraq və rəqibi təəccübləndirək".

Hacıyev təkcə Elvin Yunuszadə deyil, bir neçə oyunçunun meydana çıxmasının sual altında olduğunu və start heyətlə bağlı bugünkü məşqdən sonra qərar verəcəyini də əlavə edib: “İlk matçla müqayisədə heyətdə dəyişikliklər ola, meydana yeni futbolçular çıxa bilər”.

Baş məşqçi əvvəllər Rumıniya “Astra”sında çıxış etmiş Eriko Da Silva ilə qısa söhbət etdiyini və “Universitatya” barədə müsbət sözlər eşitdiyini vurğulayıb: “Bunu ilk oyun da göstərdi. Stadion da gözəldir, Tofiq Bəhramov adına Respublika stadionuna bənzəyir. İnanırıq ki, sabah çoxlu azarkeş qarşısında ən məsuliyyətli və maraqlı oyunlarımızdan birini keçirəcəyik”.

Hacıyev “Səbail”lə ilk mövsümündəcə Avropa Liqasında çıxış etməyi böyük uğur saysa da, bununla kifayətlənmək istəmədiyini açıqlayıb: “Sabah istədiyimiz nəticəni əldə etməyə çalışacağıq. Bu, alınmasa belə, mənim üçün böyük təcrübə olacaq” 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.11.2019

20:52  "İmarət" Ağdamda - FOTOLENT

15:50  "Qarabağ" - "Düdelanj" - biletlər satışda

17.11.2019

04:05  İsrail - Polşa - 1:2 VİDEO

03:47  Almaniya - Belarus - 4:0 VİDEO

02:10  Rusiya - Belçika - 1:4 VİDEO

16.11.2019

20:31  Azərbaycan - Uels -HEYƏTLƏR

09:22  Uels millisinin məşqindən FOTOLENT

02:56  İspaniya – Malta - 7:0 VİDEO

15.11.2019

02:07  Fransa - Moldova - 2:1 VİDEO

14.11.2019

13.11.2019

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə