Junior "Bakı" üçün peşiman deyil

03.02.2012 | 5682 dəfə oxunub

"Bakı"nın braziliyalı yarlmmüdafiəçisi Xavier Junior "Bakı" futbol klubunun uşaq və yeniyetmə futbolçuları üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalına müsahibə verib. 
Stadium.az müsahibəni təqdim edir:

Müsahibimizlə yaxından tanış olaq.

Adı, soyadı: Xavier Junior
Doğum tarixi və yeri: 15 mart 1984,Koritiba şəhəri, Araponqas qəsəbəsi
Mövqeyi: yarımmüdafiəçi
Oynadığı klublar: “Londrina”, “Flumenense” (Braziliya), “Kiyevo” (İtaliya), “Domjole” (Sloveniya), “Figerense”, “Bakı” 
İdealları: Zinəddin Zidan və Ronaldo
Sevimli klubu: “Barselona”
Sevimli millisi: Portuqaliya
Sevimli avtomobil markası: AUDİ

- Futbola gəlişiniz necə baş verdi?


- Kiçik bir savanna şəhəri olan Araponqassda doğulmuşam. Buradan Sao Paoloya 5 saatlıq yoldur. Atam da peşəkar futbolçu olub. Uşaqlıqda onu izləmək üçün qəsəbəmizin meydançasına gedərdim. O həm də mən oxuduğum orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyirdi. Atam və anam bir yerdə işləyirdilər. Braziliyada uşaq ayaq açandan futbol oynayır. Mən də ayağım yer tutandan futbola başladım. Televizorda atamla birgə futbol matçlarını izləyərdim. Ən çox Romariyo və Ronaldonu xoşlayırdım. Karyerama 14 yaşımda yerli bölgəni təmsil edən “Londrina”da başladım.

- Uşaqlığınızla bağlı hansı maraqlı hadisəni xatırlıyırsınız?

- Bir dəfə məktəbdə oxuduğum vaxt uşaqlarla dərsdən qaçıb futbol oynamağa getdik. Bu mənə çox baha başa gəldi. Valideynlərim bundan xəbər tutdular. Onlar mənim dərslərimə çox ciddi nəzarət edirdilər. Cəza kimi məni 1 ay futbol oynamaqdan məhrum etdilər. 10 gün keçməmiş atamın ürəyi yumşaldı. Anamın etirazına baxmayaraq o məni yanına çağırıb topumu qaytardı.

- Bundan sonra “Fluminense”yə, sonra isə vətəndən uzağa - İtaliyaya gedəsi oldun. İtaliya macəranı bir daha xatırlayaq... 

- İtaliya A seriyasında mübarizə aparan “Kiyevo” klubuna transfer oldum. İtaliyada mən futbolçu kimi yetişdim. Həyatım 90 dərəcə dəyişdi. Məsuliyyət hissim artdı. Ilk dəfə böyük bir klubun nə olduğunu, onun dəyər və rəmzlərinin nə olduğunu hiss etdim. Peşəkarlaşmağımda İtaliyada keçirdiyim 6 ayın böyük rolu oldu. Yaşım az olduğu üçün əvəzedici heyətdə oynadım.

- Birdən-birə Sloveniya kimi balaca bir ölkənin çempionatına üz tutdunuz?

- Mən elə futbolçuyam ki, heç vaxt belə təftişlər etmirəm. Harada özümü rahat hiss edirəmsə, harada mütəmadi oynayıramsa, oranı seçirəm. Maddi maraq mənim üçün ikinci plandadır. Ona görə də Sloveniyanın “Domjole” klubundan gələn təklifə cavab verdim. Bu klubla ölkə vitse çempionu və kubokunun qalibi olduq. Komandamın və çempionatın ən yaxşı futbolçularından biri oldum.

- Bütün bunlara baxmayaraq yenə də karyeranızda dəyişiklik etmək qarərına gəldiniz?

- Elə hesab edirəm ki, “Bakı”nı seçməklə düzgün addım atmışam. Komandamızın çıxışı hələlik gözlənilən səviyyədə olmasa da, özümü bu komandada çox xoşbəxt hesab edirəm. İnanıram ki, mövsümün sonunda titullardan birini ələ keçirəcəyik.

- Gününüzün əksər hissəsi klub bazasında keçir. Burada yaradılan şərait və infrostruktur barədə nə deyə bilərsiniz?

- Yeni və müasir bir baza tikilib. Azərbaycanda digər klubların bazaları ilə tanışlığım olmasa da, “Bakı”nın ən yaxşılarından biri olduğu fikrindəyəm. Hər gün buraya avtobuslarla yüzlərlə uşaq və yeniyetmələr məşqlərə gəlir. Bu hər şeydən öncə həmin uşaqların narkotiklər və spirtli içkilərdən, cinayət və cinayətkarlardan uzaqlaşdırır. Gənclər sağlam ruhda yetişirlər. Onların hamısı futbolçu olmayacaq. Akademiyanın əhəmiyyəti üçün təkcə bu faktor yetər.

Bildiyimə görə, yaxın vaxtlarda klubun prezidenti bazanın daha da genişləndirilməsini nəzərdə tutub. Bütün bunlar Azərbaycan kimi kiçik bir dövlətin dünyada tanınmasına böyük təkan olacaq. Müqayisə üçün onu deyə bilərəm ki, çıxış etdiyim “Domjole” klubunun infrostrukturu “Bakı”nınkından qat-qat zəif idi. Fərq böyükdür.

- Braziliya futbol ölkəsidir. Ola bilməz ki, hansısa məşhur futbolçu dostun olmasın?

Əlbəttə, var. “Bavariya” klubunun və Braziliya millisinin yarımmüdafiəçisi Rafinya ilə dostam. Onunla əmioğlum vasitəsi ilə tanış olmuşuq. Onlar birgə futbola gedirdilər. Mən də hərdən onlara qoşulub birgə məşq edirdim. Bundan əlavə biz ikimiz də “Lonrdina”nın şərəfini qorumuşuq.

- Sonda sənə uğurlar arzulayırıq. “Bakı” sevərlərə hansı sözün var?

- Mən hansı klubun şərəfini qorumuşamsa, onun rəmzlərinə, azarkeşləri və rəhbərliyinə həmişə hörmətlə yanaşmışam. İstəyirəm, “Bakı” azarkeşləri də bilsin ki, Juni həmişə öz bacardığını meydanda göstərəcək. Mən istəmirəm ki, buradan gedəndən sonra kimdəsə mənimlə bağlı pis xatirlərə qalsın. İnanıram ki, illər keçsə də hamı məni yaxşı insan və yaxşı futbolçu kimi yada salacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail