Sənan Qurbanov: "Rəqib daha hazırlıqlı görsənir"

24.07.2019 | 4968 dəfə oxunub

"Sabah Avropa Liqasında ilk oyunumuzu keçirəcəyik. "Dinamo" ciddi rəqibdir. Məsuliyyəti dərk edirik".

Stadium.Az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Gürcüstan "Dinamo"su ilə keçirəcəkləri Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis doğma meydanda yaxşı nəticə əldə etməyə çalışacaqlarını vurğulayıb. O, rəqibin güclü olduğunu da sözlərinə əlavə edib: "Hazırda onların çempionatı davam edir. Biz çempionatı geridə qoyub, hazırlıq prosesini yeni başa vurmuşuq. Amma Gürcüstanda çempionat davam etdiyinə görə rəqib daha hazırlıqlı görsənir. Təlim-məşq toplanışlarımızı nəzərə alsaq, bacardığımız qədər yaxşı forma toplaya bilmişik. Çalışdıq ki, komanda Avropa Liqası üçün pik formanı yığa bilsin. Meydana çıxan oyunçulara inanırıq. Hazırlıq matçlarında futbolçuların istəkli olması bizə ümid verib. Sabah bütün bunları meydanda göstərməliyik".

S.Qurbanov rəqibin bütün çempionat matçını izlədiklərini söyləyib: "Dinamo" son matçlarda qələbələri sıralayır. Onları analiz etmişik. Həm hücumda, həm də müdafiədə səhvsiz oynamalıyıq ki, rəqib istədiyi oyunu sərgiləyə bilməsin".

Baş məşqçi "Qəbələ"nin heyətindəki gürcüstanlı futbolçular barədə də danışıb: "Həm Merab Giqauri, həm də Davit Volkov komandamızın əsas futbolçularından hesab olunur. Merab yeni cəlb olunsa da, kollektivə tez uyğunlaşıb. Davit isə ötən ildən bizimlədir. Komanda ilə titul da qazanıb. Bizə kömək edə bilib. Hər iki oyunçudan sabah meydanda yaxşı oyun gözləyirik.

Mütəxəssis "Dinamo"nun sürətli komanda olduğunu bildirib: " Komandada yaxşı oyunçular var. Levan Şengeliyanı isə xüsusi qeyd etmək istəyirəm".

"Qəbələ" - "Dinamo" matçı sabah saat 19:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Tiflisdə olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail