"Dinamo"nun baş məşçqisi: "Başqa hissləri bu oyuna qatmaq istəmirik"

24.07.2019 | 5227 dəfə oxunub

"Qəbələ" haqqında məlumatımız var. Bilirik ki, onlar çox döyüşkən və Avropa Liqasında təcrübəsi olan komandadır".

Stadium.Az xəbər verir ki, bunu Gürcüstanın "Dinamo" komandasının baş məşqçisi Feliks Visente Miranda "Qəbələ" ilə keçirəcəkləri Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis "Qəbələ"nin bütün mövqelərdə güclü olduğunu söyləyib: "Biz onlara qarşı matçlarda əsasən standart vəziyyətlərdə diqqətli olmalıyıq. Komandanın heyətində Fernan Lopes yaxşı oyunçulardandır. Deyə bilərəm ki, sabah bizi çox çətin və gərgin bir oyun gözləyir".

İspaniyalı məşqçi "Qəbələ"nin Tiflis təmsilçisini 5 il öncə Avropa Liqasında mübarizədən kənarlaşdırdığını xatırladıb: "Bu fərqli bir dövrdür. Rəqibin güclü olduğunu bilirik. Amma biz də sabahkı görüşün əhəmiyyətini dərk edirik. Qarşılaşmaya həddindən artıq motivasiyalı hazırlaşmışıq. Rəqibimizi tanıyırıq və onları analiz etmişik. Bizdə revanş hissi yoxdur. Belə şeylər haqqında düşünmürük. Bizim üçün önəmli olan sabahkı matçı fikirləşməkdir. Başqa hissləri bu oyuna qatmaq istəmirik".

Miranda komandaya qoşulan yeni oyunçulardan razı olduğunu da diqqətə çatdırıb: "Biz sadəcə "Qəbələ" ilə matça köklənmişik. Transferlər barədə düşünmək niyyətində deyilik".

"Qəbələ" - "Dinamo" matçı iyulun 25-də  saat 19:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Tiflisdə olacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail