La Liqa prezidenti: "Əminəm ki, məhkəmə prosesi uzun çəkəcək"

24.07.2019 | 4198 dəfə oxunub

İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Atletiko"nun Antuan Qrizmannın transferi ilə bağlı şikayəti haqqında açıqlama verib.

Stadium.Az xəbər verir ki, Tebas, Madrid təmsilçisinin "Barselona"nın Qrizmannın transferi zamanı qaydaları pozması ilə bağlı La Liqa rəhbərliyinə şikayət etməsi haqqında danışıb:

“Bu işin bir çox fərqli tərəfi var. Ona görə də, məsələnin bir neçə gün içərisində tamamlanacağını düşünmək olmaz. Məhkəmə prosesi çox çəkəcək. Məsələylə bağlı öz fikirlərimi deyə bilmərəm. Mənim sadəcə, "Atletiko"nun La Liqa rəhbərliyinə məktub göndərib, “Barsa”nın bu cür hərəkətlərindən sonra transfer hüququna sahib olduğuna şübhələrini bildirdiklərindən xəbərim var. "Barselona"nın futbolçularla danışıqlar qaydasını pozub-pozmadığını bilmirəm. “Atletiko" tərəfi buna əmindirsə, hüquqlarını müdafiə etməlidir. Onlar hətta bu məsələyə aid sübutlarının olduğunu da iddia edirlər. Əminəm ki, məhkəmə prosesi uzun çəkəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail