Millimiz FİFA reytinqində irəlilədi

25.07.2019 | 4461 dəfə oxunub

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Stadium.Az xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyişib. Nikola Yurçeviçin baş məşqçilik etdiyi kollektiv ötən ayla müqayisədə bir pillə irəliləyib.

Komanda hazırda Bəhreynlə eyni miqdarda - 1188 xalla 109-cu yerdədir. Bu irəliləyiş Zimbabvenin 3 pillə geriləməsi sayəsində gerçəkləşib.

Yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən yalnız Slovakiyanın movqeyi dəyişməz qalıb. Komanda 1491 xalla 31-cidir.

Digər üç komanda - Xorvatiya, Uels və Macarıstan isə siyahıda geriləyiblər. Mövqeyini 1 pillə itirən Xorvatiya 1625 xalla 7-ci, Uels 1514 xalla 24-cü, 3 pillə enən Macarıstan isə 442 xalla 45-cı yerə düşüb.

FIFA reytinqinə yenə Belçika millisi başçılıq edir. Bu komandanın aktivində 1746 xal var. Siyahıda ikinci və üçüncü yerləri sahibləri dəyişib. Son dünya çempionu Fransa (1718 xal) 3-cü pilləyə düşüb, Braziliya (1726 xal) isə irəliləyərək 2-ci yerə sahib çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail