7 ildən sonra üzr istədi - MESSİDƏN

27.07.2019 | 4802 dəfə oxunub

"Betis"in müdafiəçisi Xunior Firpo 2012-ci ildə "Tvitter" sosial şəbəkəsində təhqir etdiyi "Barselona"nın hücumçusu Lionel Messidən üzr istəyib.

Stadium.Az "AS" nəşrinə istinadən xəbər ki, Dominikan əsilli ispan futbolçu hadisənin 15 yaşında olarkən baş verdiyini, uşaqlıq etdiyini bildirib:

"Bu, elə də önəm daşımır. Hər şeyin necə baş verdiyini asanlıqla izah edə bilərəm. Ən yaxım dostum Barselonadandır, Messinin fanatıdır. Çünki Leo, heç şübhəsiz, dünyanın ən yaxşı futbolçusudur. Həmin vaxt "Tvitter"də dostuma Messinin əleyhinə bəzi sözlər yazmışdım. Hamısı uşaq söhbətləri idi. 15 yaşında, səni heç kim tanımayanda bəzi şeylər edirsən və bunların gələcəkdə peşəkar futbolçu olanda sənin həyatına təsir edə biləcəyini düşünmürsən".

Son vaxtlar "Barselona"ya keçəcəyi ilə bağlı xəbərlər yayılan Firpo Messinin dünyanın ən yaxşısı olduğunu deyib: "Buna heç kimin şübhəsi ola bilməz. "Qızıl top"dan söhbət düşəndə, hər zaman deyirəm ki, bu mükafatı Messiyə vermək lazımdır. Digər futbolçular üçün isə başqa mükafat təsis olunmalıdır. Bu il də "Qızıl top"u Messi almalıdır.

"Barelona"ya keçəcəyim haqda xəbərlərin yayılması mənim üçün şərəfdir. Bu, böyük klubdur, orada dahi futbolçular toplaşıb. Hələlik "Betis" haqda düşünürəm. Görək, gələcək nə göstərəcək".

Firpo 7 il öncə "Tvitter"də Messi haqda "fahişə oğlu" yazaraq, onu təhqir etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail