Dmitri Nazarov: "Bu gün cəsatətli idik və çox yaxşı iş gördük"

30.07.2019 | 4793 dəfə oxunub

"Bundan daha yaxşısı ola bilməzdi. İndi öz üzərimdə işləməyə davam edəcəyəm. Çünki ötən mövsüm meydanda kifayət qədər az olmuşam".

Stadium.Az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Aue" klubunun futbolçusu Dmitri Nazarov Almaniya II Bundesliqasında "Qröyter Fürt"ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

29 yaşlı yarımmüdafiəçi üç həftə ərzində yığma komandada olduğu üçün tətilə çox vaxt ayırmadığını söyləyib. Nazarov hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb: "Bu gün cəsatətli idik və çox yaxşı iş gördük".

İlk qolun müəllifi zərbəsi barədə də danışıb: "Cərimə meydançasında topu qəbul etməyə vaxtınız olmur. Mən də birbaşa zərbə vurdum. Qol VAR sistemi tərəfindən uzun müddət yoxlanıldı. Nəyi yoxladıqlarını bilmirəm. Qolu ləğv edəcəklərini düşündüm".

"Aue" 2013-cü ildən sonra ilk dəfə start oyununda qələbə qazanıb. Dmitri Nazarov isə 25-ci dəqiqədə fərqlənib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail