"Bney Yehuda"nın bu heyəti ilə "Neftçi"ni keçmək şansları sıfıra bərabərdir"

05.08.2019 | 5781 dəfə oxunub

"Bney Yehuda"nın bu heyəti ilə "Neftçi"ni keçmək şansları sıfıra bərabərdir. Sadəcə, möcüzə ilə bacara bilərlər. Ancaq onların Yossi Abukasis kimi dahi baş məşqçisi var. "Neftçi" isə çox güclüdür".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın israilli oyunçusu Əmir Ağayev ölkəsinin mətbuatına müsahibəsində deyib.

Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə İsrailin "Bney Yehuda" klubunun mübarizəsini dəyərləndirən yarımmüdafiəçi təmsilçimiz haqda müsbət fikirlər səsləndirib: "Ötən mövsüm çempionluğu son anda əldən verdilər. Möhtəşəm futbolçulara malik olan böyük klubdur. Dario Frederiko kimi futbolçuları var. Onlar güclü hücum xəttinə malikdir. "Bney Yehuda" bunu göz önünə almalıdır".

Ağayev "Bney Yehuda"dan yalnız Din Morinin ondan "Neftçi" haqda soruşduğunu bildirib: "Din Moridən başqa heç kim mənimlə danışmayıb. "Neftçi"ni keçəcəklərinə inanmağım çətindir. Məncə, "Bney Yehuda" heyətini gücləndirmək və çempionatı düşünür. Bu səbəbdən də mənimlə əlaqə saxlamadıqlarını düşünürəm".

Ağayev sonda Bakıdakı oyunu stadiondan canlı izləyəcəyini əlavə edib: "Klub prezidenti Riad Rəfiyevə bilet təşkil etməsini tapşırmışam".

Əmir Ağayev "Bney Yehuda"nın yetirməsidir və 2017-ci ilə qədər bu klubda çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail