"Qarabağ" dünya sıralamasında gerilədi

04.02.2012 | 5377 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) yanvar ayı üçün klubların yeni reytinq siyahsını açıqlayıb. Stadium.az xəbər verir ki,  siyahıda ölkəmizi təmsil edən yeganə komanda olan Ağdamın "Qarabağ" klubu ötən ayla müqayisədə 2 pillə geriləyib. 

"Qarabağ" 69,5 xalla 314-cü pilləyə yuvarlanıb. Ağdam klubu ilə yanaşı, Moskva "Dinamo" və Çexiyanın "Mlada Boleslav" komandaları da 314-cü pillədə qərarlaşıb. "Qarabağ" hazırda İspaniyanın "Qetafe", "Real" (Sosyedad), İtaliyanın "Kalyari", Almaniyanın "Köln", "Kayzerslautern", Hollandiyanın "Feynord" klublarını qabaqlayır.

Klubların reytinqinə isə İspaniyanın "Barselona" klubu (359 xal) başçılıq edir. Madrid "Real"ı 302 xalla ikinci, "Veles Sarsfild" (Argentina) isə 271 xalla üçüncü yeri tutur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail