"Bney Yehuda"nın baş məşqçisi: "Üzr istəyirəm, belə axmaq suallara cavab verməyəcəm"

08.08.2019 | 6512 dəfə oxunub

"Bney Yehuda"nın baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" ilə Bakıda keçirilən oyunundan (2:2) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Birinci hissə bizim üçün yaxşı alındı, bir neçə təhlükəli epizod yaratdıq, iki qol vurduq. Amma sonra yorulduq. Çünki bu, bizim ilk rəsmi oyunumuz idi. İkinci hissədə sadəcə müdafiəni düşünürdük. Oyundan əvvəl matçın 2:2 hesabı ilə nəticələnəcəyini desəydilər, razı olardım. Amma 2:0 hesabı ilə öndə olandan sonra belə nəticə ürəyimizcə olmadı.

Qeyd etdiniz ki, ikinci hissədə müdafiəyə çəkilmişdiniz. Sanki daha çox hesabı qorumağa çalışırdılar. Futbolçuların tez-tez vaxtı uzatmaq üçün yerə yıxılırdıllar. Bu oyununuzdan utanırsınızmı?

- Üzr istəyirəm, belə axmaq suallara cavab verməyəcəm. Sizin komandanız ikinci qolu əlavə olunmuş vaxtda vurdu. Sizin üçün heç də pis nəticə sayılmamalıdır. Yenə belə suallar versəniz, mətbuat konfransını tərk edəcəm.

- Evdə də müdafiə futbolu oynayacaqsınız?

- Yenə bu oyuna baxacağıq. Ondan sonra cavab matçında necə çıxış edəcəyimizlə bağlı qərar verəcəyik.

- Bu hesabdan sonra şansları yenə 50/50-ə sayırsınız?

- Bu barədə hələ heç nə deyə bilmərəm. Dünən dediyim kimi, "Neftçi" çox güclü komandadır. Təəssüf ki, biz cavab görüşünə qədər əlavə oyunçu sifariş ərizəsinə sala bilməyəcəyik. Oradakı matçın necə nəticələnəcəyini həyat göstərəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail