Yeni baş məşqçi "Qarabağ"la oyunu tribunadan izləyəcək

09.08.2019 | 5287 dəfə oxunub

APOEL-in yeni baş məşqçisi Tomas Doll Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ"a qarşı keçiriləcək cavab matçında texniki zonada əyləşə bilməyəcək.

Stadium.Az xəbər verir ki, bu mərhələnin oyunundan öncə UEFA-ya göndərilən sifariş ərizəsində APOEL-in baş məşqçisi kimi Paolo Trametsani göstərilib. İtaliyalı mütəxəssis isə dünən istefaya göndərilib və onun yetinə alman Tomas Doll gətirilib.

Qaydalara əsasən, adı sifariş ərizəsində yer almayan baş məşqçi nə texniki zonada əyləşə, nə də matçdan sonra keçirlən mətbuat konfransına qatıla bilər. Bu səbəbdən o, görüşü tribunadan izləyəcək.

"Qarabağ"la Bakıdakı oyunda texniki zonada və mətbuat konfrasında yardımçı məşqçi yer alacaq.

"Qarabağ" – APOEL görüşü avqustun 13-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandaların ilk görüşündə Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail