Qurban Qurbanov: "Bizi "Ayaks" – PAOK matçı maraqlandırmır"

10.08.2019 | 5402 dəfə oxunub

“İlk oyunda qələbə qazandığımız üçün çox şadıq. Əfsuslar olsun ki, komandamızın artıq mərhələni keçdiyini düşünənlər var. Ancaq bu, bizə mane ola, təsir edə bilər”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində səfərdə APOEL-ə qalib gəldikləri oyun (2:1) haqda danışarkən deyib.

O bildirib ki, həmin qalibiyyətə görə qəti arxayınlaşmaq olmaz: “Cavab oyununa da ciddi hazırlaşmalı, çox ehtiyatlı və diqqətli olmalıyıq. Rəqib güclüdür, ikinci matçda maksimum qüvvəsiylə uğur qazanmağa çalışacaq. Düşünürəm ki, Bakıdakı oyun daha çətin olacaq. Çempionlar Liqasında güclü komandalar mübarizə aparır. Dəfələrlə olub ki, ilk oyunda uduzan klub cavab görüşündə uğurlu nəticəylə istəyinə çatıb”.

Qurbanov ÇL-in pley-off mərhələsində Qarabağ-ın potensial rəqibləri haqda sualı da cavablandırıb. O "Ayaks" - PAOK qarşılaşmasında hansı komandanı rəqib görmək istərdiniz” sualına belə cavab verib:

“Ümumiyyətlə, bu barədə düşünmək istəmirik. Üçüncü təsnifat mərhələsində ilk oyunu uğurla bitirmişik. Bütün diqqət cavab qarşılaşmasında olmalıdır. Bizi "Ayaks" – PAOK matçı maraqlandırmır”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail