"Real"ın Neymara təklifi bəlli olub

10.08.2019 | 4866 dəfə oxunub

"Real"ın PSJ-də çıxış edən Neymara təklif etdiyi illik məvacib bəlli olub. Stadium.Az "Sport.es" saytına istinadən xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres 27 yaşlı hücumçuya 5 illik sözləşmə ilə illik 40 milyon avro təklif edib.

Bildirilib ki, braziliyalı oyunçu hələ ki, bu təklifə cavab verməyib. İspaniyanın digər nəhəng klubu "Barselona"nın isə Neymar üçün klubuna 250 milyon avro təklif etdiyi iddia olunur. Ulduz futbolçu "Real"ın təklifinə müsbət cavab versə, Messidən sonra ən çox məvacib alan oyunçu olacaq.

Neymar iki il əvvəl "Barselona"dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir. Neymar daha öncə Paris klubunun rəhbərliyinə ayrılmaq istədiyini bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail