APOEL-in baş məşqçisi: "Qalibiyyətə layiq idik"

14.08.2019 | 427 dəfə oxunub

“Çox çətin oyun oldu. “Qarabağ”dan belə çıxış gözləyirdim”. Stadium.Az xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la cavab matçından sonra mətbuat konfransında deyib.

Nikosiya təmsilçisinin yeni çalışdırıcısı Bakıda 2:0 hesabı ilə qalib gələrək pley-offa yüksəldikləri matçı belə şərh edib:

“Komandamızın çıxışından razı qaldım. Rəqibin necə oynaması ikinci dərəcəlidir. “Qarabağ”ın da şansları var idi, ilk hissədə qol vura bilərdilər, qapıçımız möhtəşəm seyv etdi. Qapısında qol görməmək böyük klub üçün əla nəticədir”.

Doll Kiprdəki matçdan fərqli oynadıqlarını bildirib: “Qol vurmaq üçün çox imkanlar əldə etdik. Mənim üçün vacib olan komandamın qol vurmaq istəyi idi. Penalti olmasaydı belə, başqa imkanlardan qol vuracaqdıq. Sonradan qol vurmaq üçün kifayət qədər vaxtımız var idi. Rəqibi qarşıladıq, şanslar yaratmağa çalışdıq. Nəzərə alaq ki, bu gün səfərdə çıxış edirdik. Ən önəmlisi konsentrasiyanı itirməmək və hücumla müdafiə arasında balans yaratmaq idi. Futbolçularım meydanda ürəklərini ortaya qoydular”.

Doll ürəkli  oynamalarının qələbənin əsas açar rolu olduğunu qeyd edib: "İlk görüşlə müqayisədə çox şeyi dəyişdik. Sürətli, geniş futbol oynadıq, çoxlu ötürmələr etdik. İkinci hissənin ilk 10-15 dəqiqəsində çətin anlar yaşadıq, qapıçımız çox seyvlər etdi. Rəqibin dayanmadan asmaları var idi. Yalnız ondan sonra oyunu düzəldə bildik. Addım-addım nəticəyə doğru getdik. Ümumilikdə, qalibiyyətə layiq idik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi