UEFA "Qarabağ"ı cərimələdi

24.08.2019 | 5602 dəfə oxunub

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"ı cərimələyib.  Stadium.Az xəbər verir ki, Avropa futbol qurumunun mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin iyulun 31-də "Dalğa Arena"da Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"unu 3:0 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərdir.

Qurum qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsinə görə "Qarabağ"a 20 min avro (38 min manat) məbləğində cərimə kəsib.

Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən "Qarabağ" çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu Şimali İrlandiyadakı ilk pley-off matçında "Linfild"ə 2:3 hesabı ilə uduzub. Cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail