Klopp: "Hamını hər saniyə həyəcanlandırmaq məcburiyyətində deyilik”"

26.08.2019 | 5136 dəfə oxunub

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində öz meydanında "Arsenal"a 3:1 hesabı ilə qalib gələn "Liverpul"un baş məşqçisi Yurgen Klopp matçdan sonra açıqlama verib.

Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, qələbəyə layiq olduqlarını bildirib:

“Matçın əvvəlində "Arsenal"ın oyun sistemi bizi təəccübləndirdi, amma dəqiqələr keçdikcə, öz sistemimizdə dəyişiklik etdik və qələbə qazanmağı bacardıq. Qol buraxmamağı çox istəyərdim, amma edəcək bir şey yoxdur. "Arsenal" səviyyəli bir komandadır. Bundan başqa, onlara qol epizodu yaratmaq imkanı vermədik. İstədiklərimizi meydanda göstərdik. Qələbə qazanmağa layiq idik. Qazandığımız penalti də çox düzgün idi. Məhəmməd Salahın 3-cü qolu möhtəşəm alındı. O, yenə öz səviyyəsini göstərdi”.

52 yaşlı mütəxəssis, "Arsenal"ın daha çox topa sahib olması ilə bağlı da danışıb:

“80 dəqiqə ərzində oyuna nəzarət bizdə idi. Bəlkə də, son 10 dəqiqədə "Arsenal" kəsərli oyun göstərib. Biz “Disneyland” deyilik, hamını hər saniyə həyəcanlandırmaq məcburiyyətində deyilik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail