AFFA FİFA-nın futbol qaydalarına təklif etdiyi yeniliklərə mövqeyini açıqladı

06.02.2012 | 3103 dəfə oxunub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) FİFA-nın futbol qaydalarına tətbiq etmək istədiyi yeniliklərə aydınlıq gətirib və münasibət bildirib.

FİFA Beynalxalq Qaydalar Şurası futbol oyunu zamanı icazə verilən 3 əvəzləmədən başqa əlavə olunmuş vaxtda 4-cü əvəzetməyə icazə verilməsini, oyunda baş verən mübahisəli məqamların video görüntülər vasitəsilə həll olunmasını, həmçinin cərimə meydançasında qaydalardan kənar hərəkətlə qola mane olmağa görə üçqat cəzanın (penalti təyin etmə, qırmızı vərəqə və bir oyunluq diskvalifikasiya) yumşaldılmasını gündəliyə çıxarıb.

"Trend" agentliyinin yaydığı məlumata görə, AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov oyunçu əvəzetməsinin limitinin artırılması ilə bağlı bildirib ki, getdikcə futbolun sürətlənməsi ilə əlaqədar olaraq bu, zəruri addımdır: "Futbolun sürəti o qədər inkişaf edib ki, hərdən 1970-ci ilin dünya çempionatının finalına baxanda elə təəssürat yaranır ki, televizorda problem var. Oyunlar o qədər ləng gedir ki, elə bil futbola yavaşıdılmış tempdə baxırsan".

HK sədri qeyd edib ki, FİFA meydançadakı sürəti qoruyub saxlamaq uçun bu tədbirə əl atır. Onun sözlərinə görə, dörd əvəzetmə ilə oyuna təzə oyunçular daxil olar və onlar oyunun sürətini saxlaya bilərlər. "Nəzərə alsaq ki, Azərbaycan futbolçularının fiziki hazırlığı istənilən səviyyədə deyil, hesab edirəm ki, yeniliyə bizim xüsusilə ehtiyacımız var".

X.Məmmədov video görüntüyə baxıb qərar vermək məsələsinə neqativ münasibət bəslədiyini bildirib. "Digər idman növlərində saniyələr ərzində baxıb qərar vermək olar, lakin bu, futbolda oyunun ritminin düşməsinə səbəb olar. Futbolun populyarlığı, gözəlliyi elə hakim səhvlərindədir. Hakim səhv edəndə aylarla müzakirə edirlər. Futbolu digər idman növləri ilə uyğunlaşdırmaq düzgün deyil".

Onun sözlərinə görə, qapıların yanında hakim olması eksperiment olaraq Ukrayna və Polşada keçiriləcək Avropa çempionatında tətbiq ediləcək və müsbət nəticə verərsə, 2014-cü ildə Braziliyadakı dünya çempionatında da tətbiq ediləcək. "Bu məsələnin də mənfi tərəfləri var - çünki qapının yanında olan hakim bəzən təcrübəsiz olur və baş hakimin nüfuzundan çəkinərək qəti qərar verməkdə çətinlik çəkir".

Cərimə meydançasında qaydalardan kənar hərəkətlə qola mane olmağa görə verilən cərimənin yumşaldılmasına isə X.Məmmədov müsbət yanaşdığını deyib. O bildirib ki, müdafiə olunan oyunçu sonuncu ümid folu edirsə, həmin klubun qapısına penalti təyin edirlər, oyunçuya qırmızı vərəqə verirlər və o, növbəti oyunu buraxır. FİFA istəyir ki, qırmızı vərəqə və penalti qüvvədə qalsın, lakin növbəti oyuna cərimə ləğv olunsun. "Mən tərəfdarıyam ki, müdafiəçi topu boş qapıdan əli ilə çıxardarsa, həm penalti, həm qırmızı vərəqə olsun, qapıçı qapıya gedən topu cərimə meydanından kənarda əli ilə saxlayırsa, qırmızı vərəqə olsun. Misal üçün meydanın mərkəzindən oyunçu təkbətək qaçır, onu yıxırlar və hakim qırmızı vərəqə verir. Hələ onun qapıya çatıb qol vurub-vurmayacağı məlum deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail