"Hesab 3:1 olsaydı, "Qarabağ" yenə favorit olacaqdı"

29.08.2019 | 5193 dəfə oxunub

"Sabah bizi çətin matç gözləyir. Hesab 3:1 olsaydı, "Qarabağ" yenə favorit olacaqdı. Bakıda ən yaxşı matçımızı keçirməyə çalışacağıq. Nələrin baş verəcəyini birlikdə görəcəyik".

Stadium.Az xəbər verir ki, bunu Şimali İrlandiyanın Linfield komandasının baş məşqçisi David Hili "Qarabağ"a qarşı oynayacaqları Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından öncə mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis Şimali İrlandiya yığmasının heyətində daha əvvəl Bakıya səfər etməyin ona qismət olmadığını bildirib. O, Bakı və Qarabağ haqda da fikirlərini bölüşüb: "Bakı çox gözəl şəhərdir. Bu gün imkanımız oldu ki, qaldığımız otel ətrafında gəzək. Rəqib çox güclü kollektivdir. Evdə yaxşı statistikaları var və az uduzublar. Güclü komandaya qarşı yaxşı müdafiə olunmalıyıq. Öz adımızdan danışa bilərik. Səfər matçından qayıdandan sonra baş məşqçilər çox şeylər düşünürlər. Mərhələ keçə bilsək, bu səfər bizim üçün daha da yadda qalan olacaq. İnanıram ki, nəticə və oyundan razı qalacağam".

Hili deyib ki, 1 milyon funt sterlinq pulu olsaydı, onu "Qarabağ"ın oyunçularını almağa xərcləyərdi: "UEFA qaydalarına əsasən, biz pul qoyuluşu edə bilmərik. Amma rəqib komandanın futbolçularından Riçard Almeyda, Xayme Romero və Rahil Məmmədovu komandamda görmək istəyərdim".

Avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" matçı saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Şimali İrlandiya təmsilçisi qələbə qazanıb - 3:2



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail