Pike: "Kriştiano Ronaldo, Ueyn Runi kimi təcrübəli futbolçularla oynamaq "Barselona"dakı karyeram üçün faydalı oldu"

31.08.2019 | 4951 dəfə oxunub

"Barselona"nın müdafiəçisi Jerar Pike keçmiş komandası "Mançester Yunayted"lə bağlı açıqlama verib. Stradium.Az xəbər verir ki, ispan futbolçu, “qırmızı şeytanlar”ın hazırkı vəziyyəti ilə bağlı danışıb:

“Son bir neçə ildir ki, "Mançester Yunayted" Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır. Amma düşünürəm ki, onlar Premyer Liqada qalib olmaq üçün çalışmalıdırlar. Ümid edirəm ki, bu yolla onlar zirvəyə qayıda biləcəklər.

"Mançester Yunayted"in orda oynadığım dövrü əla idi. Amma orda istədiyim qədər tez-tez oynaya bilmədim. Buna baxmayaraq, 17 yaşım var idi və çox gənc idim. Bu, karyeram üçün çox vacib addım idi. Kriştiano Ronaldo, Ueyn Runi kimi təcrübəli futbolçularla oynamaq "Barselona"dakı karyeram üçün faydalı oldu.

Keçən mövsüm Ole-Qunnar Sulşerin Çempionlar Liqasındakı işini gördüm. Onun əla insan olduğunu düşünürəm. O, "Mançester Yunayted"də çox yaxşı işlər görür. Bu mövsüm komandanın nə əldə edəcəyini gözləyək”.

Pike 2004-2008-ci illərdə "Mançester Yunayted"də forma geyinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail