Samir Abbasov: "Uşaqların əzmkarlığı məni sevindirdi"

01.09.2019 | 6229 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Sabah"la oyundan (1:1) mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gözləmədiyimiz qol buraxdıq. İkinci hissədə daha yaxşı oyun göstərdik. Ən azı 1 xal qazandıq. Bunu da bilmirik ki, 1 xal qazandıq, yoxsa 2 xal itirdik. Uşaqlar möhtəşəm xarakter göstərdi. Bizi xarakter çatışmazlığına görə qınayırdılar. Yavaş-yavaş yaxşıya doğru gedirik. Azarkeşlərimiz də bizi dəstəklədilər. Bu dəstəyin nəticəsində hesabı bərabərləşdirdik.

- 2 xal itirdiyinizi düşünürsünüz?

- Çempionatın sonunda oturub ilboyu olan nəticələri düşünəndə ya məyus olacağıq, ya da şükür edəcəyik. İkinci hissədə pis oynamadıq. Qol epizodlarımız oldu, penaltini qaçırdıq. Uşaqların əzmkarlığı məni sevindirdi.

- Olmazmı ki, ikinci hissədəki heyəti start heyətində buraxardınız?

- Limit məsələsi əl-qolumuzu bağlayıb. Bir gün əvvəl Xulio Rodriges zədələndi. Oyundan bir neçə saat əvvəl protokolu verməlisən. Risklərin olmaması üçün onu meydana əvvəldən buraxmadıq. Özü də dedi ki, start heyətində çıxıb, 10 dəqiqə sonra yenidən zədələnib, komandanı pis durumda qoymaq istəmirəm. Qənaətbəxş oynamasını düşündüyümüz anda onu meydana buraxdıq.

- Komandaya yeni qoşulan oyunçular var. Onların uyğunlaşma dönəmi necə gedir?

- Yavaş-yavaş uyğunlaşırlar. Məsələn, Ampuero “Neftçi” ilə oyundan bir həftə əvvəl komandaya qoşulmuşdu.

- Oyun ərzində etirazlarınız nəyə idi?

- Oyunun vaxtının uzadılmasına. Hakimlərə deyirdim ki, oyunçuları tanımalısınız, kimin oyunu uzadacağını bilməlisiniz. Rəqibin qapıçısı da oyunu uzatmağa çalışırdı 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail