Sənan Qurbanov: "Futbolçularla vidalaşmışam"

01.09.2019 | 1117 dəfə oxunub

Azərbaycan Premyer Liqasının III turunun “Qəbələ” – “Keşlə” oyunundan (0:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Oyun haqda danışmayacam. Çünki belə bir məqamdır. Səhv etmirəmsə, 2011-ci ildən “Qəbələ”dəyəm. Bu klubda həm sevinmişəm, gülmüşəm, həm acı günlərimiz olub. Burda təcrübəli məşqçilərlə işləmişəm. “Qəbələ” mənim üçün çox doğmadır. Başda Tale Heydərova, Fariz Nəcəfov olmaqla klub rəhbərliyinə, bütün əməyi keçən hər kəsə təşəkkür edirəm. Həqiqətən də rəhbərlik, hər bir kəs mənə uzun müddət çox doğma oldu. Avrokuboklara düşdük, qrup mərhələsinə yüksəldik, ötən mövsüm ilk titulu qazanmaq mənə nəsib oldu. Çox xoşbəxtəm. Bu günü çıxıram. Qəbələdə çox gözəl günlər yaşamışam. Klub prezidenti Fariz Nəcəfova təşəkkür edirəm. Artıq bir son olmalı idi. Çalışdım ki, nəyisə düzəldim. Amma alınmır. Hamıya klub rəhbərliyinə, əməkdaşlarına, azarkeşlərinə təşəkkür edirəm. “Qəbələ” mənə çox şey öyrətdi. Böyük məşqçilərlə işləmək mənə material verdi. Çalışdım ki, bunları həyata keçirim. Futbolçularla vidalaşmışam. Futbolçulara uğurlar arzulayıram. Bütün bunlar mənim üçün bir məktəb, bir təcrübə idi. Bütün bunları analiz etməyə vaxtım olacaq. Bu matç göstərdi ki, yenilənmək lazımdır. Məşqlərdə hər şeyin üstündə çalışırıq. Amma alınmırsa, komandaya yeni nəfəs lazımdır. Mənə elə gəlir ki, artıq getmək vaxtıdır. Futbolçular ruhdan düşməsinlər. Hər şeyi öz üzərimə götürürəm. Yeni gələcək baş məşqçiyə uğurlar arzulayıram. O, “Qəbələ” üçün çox işlər görməlidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə