Giqqz: "Azərbaycanla qarşıdakı oyunda mütləq qələbə qazanmalıyıq"

04.09.2019 | 5792 dəfə oxunub

"Seçmə mərhələyə qələbə ilə başlasaq da, ardıcıl iki məğlubiyyət aldıq. Halbuki hər iki oyundan xalla ayrıla bilərdik".

Bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib. 46 yaşlı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsindəki çıxışlarını dəyərləndirib. Giqqz yarışa uğurlu başlamadıqları üçün Azərbaycan millisi ilə qarşıdakı görüşdə qələbənin qaçılmaz olduğunu vurğulayıb.

O, bununla qrupdakı vəziyyətlərini düzəldəcəklərini düşünür: "İyun ayında futbolçular yorğunluğu tam çıxarmamışdılar. Çünki mövsüm yenicə bitmişdi. Üstəlik, Xorvatiyada dəhşətli isti hava şəraitində oynamalı olduq. Amma bu, yalnız incə detallardı. Bir az da bəxtimiz gətirmədi. Xorvatiya və Macarıstanla matçlarda istədiyimiz hücumları edə bilmədik. Futbolçularımın potensialına inanıram. İndi Azərbaycanla qarşıdakı oyunda mütləq qələbə qazanmalıyıq. Gələn ay isə Slovakiya ilə səfərdə, Xorvatiya ilə də evdə üz-üzə gələcəyik. Azərbaycana qalib gəlməklə, həmin matçlara daha yüksək motivasiyada hazırlaşa bilərik. Hələ də ümidimizi itirməmişik".

Giqqz qrupun qalan oyunları barədə də fikir bildirib. O, Azərbaycanla səfər matçından ehtiyatlandığını etiraf edib: "Bizim evdə 3 oyunumuz olacaq. Ancaq səfər matçlarını da unutmaq olmaz. Xüsusən də, uzaq səfər olan Slovakiya və Azərbaycanla görüşləri qeyd edərdim. Onların meydanında bizə çətin olacaq. Əsl rəqabətli qrupdu. Qrupda məğlub olmayan komanda yoxdu. Hamı bir-birinə üstünlük əldə edə bilər. Macarıstanın layiqli rəqib olduğunu əvvəldən bilirdim. Ancaq onların bu cür startı məni təəccübləndirdi. Slovakiya isə səfərdə Azərbaycan üzərində 5:1 hesablı qələbə qazandı və bu iki komanda ilk iki pillədə yer alıb. Bizim üçün yaxşı məqam odu ki, yenə komandalar bir-birilərini büdrədəcəklər" 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail