Ayxan Abbasov: " Əsas məqsəd Premyer Liqada yerimiz qorumaqdır"

07.02.2012 | 6378 dəfə oxunub

Bir müddət əvvəl "Turan"dan ayrılan Ayxan Abbasov komandasına qayıdıb. Bu barədə "Stadium.az"a açıqlamasında Ayxan özü bildirib:  “Bildiyiniz kimi, klubun rəhbərliyi dəyişib. İndi komanda Tovuz Rayon İcra Hakimiyyətinin himayəsindədir. Bizim rayonun gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərovla, baş məşqçimiz Əsgər Abdullayevin isə icra başçısı Tofiq Zeynalovla görüşü olub. Biz Ələsgərovla danışdıq. Söz verdilər ki, məvaciblərimizi vaxtı-vaxtında alacağıq. Komandanı dəstəkləyən rəhbərlik bizdən kömək istədi. Əsas məqsəd Premyer Liqada yerimiz qorumaqdır ki, biz də buna çalışacağıq”.

Futbolçu köhnə rəhbərlikdən fərqi, indiki rəhbərliyə inanır: “Onlar ciddi insanlardır və dediklərini edəcəklərinə inanıram. Bizə əvvəlki rəhbərlik dəqiq bir şey desəydi, oynayardıq. Onsuz da biz “Turan”a pula görə getməmişdik. Vaxtilə yaxşı vaxtında oynadığımız komandaya kömək etmək təklifini qəbul etmişdik. Ancaq əvvəlki rəhbərlik deyirdi ki, pul yoxdur, ancaq başqalarına verirdilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail