Milli komandaya Çexiyadan futbolçu çağırıldı

07.02.2012 | 9314 dəfə oxunub

Azərbaycan milli komandasının (U-16) heyəti açıqlanıb. Stadium.az xəbər verir ki, baş məşqçi Nikolay Adam fevralın 21-dən 29-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına çağıracağı heyəti müəyyənləşdirib. 

Almaniyalı mütəxəssis toplanışa Ağaseyid Qasımov, Ümid Ümidov (hər ikisi “İnter”), Aleksey Dedyukin, Maqomed Hüseynov, Bəhlul Mustafazadə, Əli Səmədov, Roman Hüseynov, Fərid Əsədli, Orxan Mehrəlizadə, Vüqar Əlibabayev (hamısı “Qəbələ”), Renat Ağaverdiyev, Elçin Tağıyev, Mahir Mədətov (hər üçü “Bakı”), Elnur Cəfərov, Əli Əliyev, İxtiyar Əhmədov (hər üçü “Xəzər Lənkəran”), Kamran Nəcəfzadə, Elməddin Məmmədov, Zeynal Zeynalov (hər üçü “Neftçi”), Əlibəy Məmmədli, Anar Həsənov (hər ikisi “Rəvan”), Şaxban Cəbrayılov (“Anji”, Mahaçqala, Rusiya), Məmməd Məmmədov (“Dukla”, Çexiya) və Ceyhun Quliyevi (“Avtovo”, Sankt-Peterburq, Rusiya) dəvət edib. 

Qeyd edək ki, komandamız hazırlıq çərçivəsində İran millisi ilə 2 yoxlama matçı keçirəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail