Xorvatiya yığmasının futbolçuları Bakıda virusa yoluxublar

11.09.2019 | 5827 dəfə oxunub

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla heç-heçə edən Xorvatiya yığmasının futbolçuları Bakıda ciddi problemlə üzləşiblər. 

Stadium.Az xəbər verir ki, bu barədə komandanın həkimi Zoran Bahtiyareviç məlumat verib.

O bildirib ki, oyundan əvvəl komandanın 8 futbolçusu virusa yoluxub. Zəif çıxışın taktika ilə heç bir əlaqəsi olmayıb: “8 oyunçumuzda virus var idi. Onlardan 7-si “11-lik”də yer alırdı. Bəzi oyunçuların temperaturu yüksək idi. Baş məşqçi Zlatko Daliç bu barədə heç danışmadı. Bu elə virusdur ki, bədənə yayılır və gücü azaldır. Hətta qarşılaşmadan öncə hakimə dedim ki, bizim oyunçular matçın gedişində tualetə gedə bilərlər”.

Həkim virusun nədən yarandığını aydınlaşdıra bilmədiklərini deyib: “Virusun Bakıdakı qidalarla heç bir əlaqəsi yoxdur. Yəqin ki, bir futbolçuda olub və digərlərinə yayılıb. Sadəcə problemi biləndə gec oldu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail