Ronaldo tarixin ən bahalı sponsorluq müqaviləsini imzalayıb

11.09.2019 | 7448 dəfə oxunub

"Yuventus"un ulduzu Kriştiano Ronaldonun "Nike" ilə imzaladığı yeni sponsorluq müqaviləsinin detalları açıqlanıb.

Stadium.Az "Football Leaks"a istinadən xəbər verir ki, "Instagram", "Facebook" və "Twitter"də 270 milyon izləyicisi olan portuqaliyalı futbolçu 6 illik müqavilə qarşılığında 162 milyon avro birdəfəlik ödəməyə sahib çıxıb.

Bundan başqa Ronaldo "Qızıl top"u qazansa 4, "Yuventus" Çempionlar Liqasının qalibi olsa 5, özü turnirin bombardiri ola bilsə 1 milyon avro mükafat alacaq. Bu və digər bonuslarla onun 6 illik qazancı 200 milyon avroya yüksələcək. Bu isə tarixin ən bahalı sponsorluq müqaviləsidir.

11 sponsoru olan Ronaldo 20 fərqli məhsulun reklamlarında rol alır. 5 dəfə Çempionlar Liqasını və 5 dəfə "Qızıl top"u qazanan futbolçunun bir "Instagram" paylaşımının qiyməti 1 milyon dollara yaxındır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail