"Qarabağ" Makedoniya millisinin üzvün aldı

08.02.2012 | 4515 dəfə oxunub

«Qarabağ» qış fasiləsi dönəmində 3-cü transferini rəsmiləşdirib. Stadium.az xəbər verir ki, Vaqif Cavadov, Eltun Yaqublunun ardınca Ağdam təmsilçisi 3-cü yeni adla daha da gücləndib. Komanda öz siyasətinə uyğun olaraq gənc və milli üzvünü sıralarına qatıb. «Qarabağ» Makedoniya millisinin pleymeykeri Muarem Muaremi ölkəsinin «Rabotniçki» klubundan transfer edib. 23 yaşlı futbolçuyla 3,5 illik müqavilə bağlanıb.  Türk əsilli Makedoniya vətəndaşı ölkəsinin bütün aşağı yaş qruplarının formasını geyindikdən sonra hazırda əsas  millisinin heyətində müntəzəm olaraq meydana çıxır. Muarrem müqavilə imzaladıqdan sonra klubun rəsmi saytına danışıb: Qarabağ» kimi böyük camiəyə gəldiyimə görə çox məmnunam. Bu komandadan təklif gələndə düşünmədən razılıq verdim. Biliriəm ki, «Qarabağ» Azərbaycanın ən böyük komandalarından biridir. Makedoniya futbolunun əfsanələrindən Artim Şakiri bu klubda oynayıb. Avrokuboklarda uğurlu çıxışından da xəbərim var. 2 il bundan öncə «Qarabağ» Avropa Liqasında «Metallurq»la qarşılaşanda ölkəmdəki oyunu stadionda izləmişdim. O zaman olduqca texnikalı, baxımlı futbol oynayan komanda olduğu bilinirdi. Mən də belə oyun üslubunu sevirəm. «Qarabağ»da hədəfim ilk növbədə çempion olmaqdır. Bilirəm ki, uzun müddətdi çempion ola bilmirik. Deyirlər ki, ayağım yüngüldü (gülür.) «Orduspor»  da uzun müddət Super Liqaya həsrət qalmışdı. Bu sindroma son qoya bildik. «Qarabağ»ın futbolçularından Nedzipi və Pavloviçi öncədən tanıyırdım. Bilirəm ki, yeni komandamda çoxlu milli üzvü var. Göründüyü kimi yüksək səviyyəli komandamız var. İnşallah, «Qarabağ»ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Azarkeşlərimiz bilsin ki, meydanda «Qarabağ»ın qazanması üçün çalışan Muarem görəcəklər».


 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail