“Sevilya”nın baş məşqçisi: "Bakıda bizim üçün çətin olacaq"

16.09.2019 | 6042 dəfə oxunub

“Futbolçularımdan daim yüksək temp tələb edirəm. Komandada əlaqə yüksək səviyyədədir. Ancaq boşluqlardan lazımi səviyyədə yararlana bilmədik”.

Stadium.Az xəbər verir, bu sözləri “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi La Liqanın 4-cü turunda “Alaves”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

O, Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəkləri matç haqda da danışıb:

“Lider olmaq hələ heç nə demək deyil. Komanda hər şeyi düzgün edir.Bakı səfəri öncəsi daha yaxşı vəziyyətə gəlməliyik. Çünki orda bizim üçün çətin olacaq. Çox həyəcanlıyıq. Avropa arenasında ilk oyunumuz olacaq”.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” görüşü sentyabrın 19-u saat 20:55-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail