Qurban Qurbanov Ukrayna mətbuatını yalançı çıxardı

08.02.2012 | 3446 dəfə oxunub

“Ansi Aqolli müqavilə ilə bizə məxsusdur. O, bizimlə Türkiyədə təlim-məşq toplanışında iştirak edib”. Stadium.az xəbər verir ki, bu sözləri  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Ukrayna mətbuatında albaniyalı futbolçu Anqi Aqollinin 2009-cu ilin yayında Ağdam təmsilçisinə gəldiyi “Krivbass”a qayıtması barədə informasiya yer alıb. Bundan xəbərdar olan Qurbanovun sözlərinə görə, bu, sadəcə anlaşılmazlıqdır: “Ansi hazırda düşərgəmizdədir. O, mövsümün qalan hissəsinə bizimlə hazırlaşır. Aqollinin qış fasiləsində komandamızdan getmək variantı olmayıb. Albaniya yığmasının da üzvü olan müdafiəçi bizə gələndə, onu 6 aylığa icarəyə götürmüşdük. Sonradan transfer vərəqini aldıq və birdəfəlik keçidini həll etdik. Ukrayna mətbuatında gedən məlumatın nədən qaynaqlandığını deyə bilmərəm. Onların yazdığı yanlış informasiyadır”.

Müdafiənin sol cinahında çıxış edən Anqi “Qarabağ”ın əsas heyətinin əvəzolunmaz oyunçusudur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail