"Real" PSJ-yə rekord məbləğ təklif edir

21.09.2019 | 5445 dəfə oxunub

İspaniyanın "Real" PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappeni rekord qiymətə almaq niyyətindədir.

Stadium.Az xəbər verir ki, bu barədə "El Chiringuito TV" telekanalı məlumat yayıb.

Telekanalın "Tvitter"də yaydığı məlumata görə, ispan komandası futbolçu üçün 225 milyon avro ödəməyə hazırdır. Söhbət həmçinin 50 milyon avro bonusdan gedir.

Əgər transfer baş tutsa, oyunçunun illik maaşı 35 milyon avro milyon təşkil edəcək. Lakin maaş bonuslara görə daha 5 milyon avro da arta bilər.

Komandalar arasında razılaşma baş tutsa, bu, həm də futbol tarixində ən bahalı transfer olacaq. Əvvəlki rekord transfer göstəricisi PSJ-yə aiddir. Klub 2017-ci ildə "Barselona"dan braziliyalı hücumçu Neymarı 222 milyon avroya alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail