Teymur Rəcəbov yarımfinalda

24.09.2019 | 4885 dəfə oxunub

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya kuboku turniri davam edir

Stadium.az xəbər verir ki, bu gün yarışda 1/4 final mərhələsinin növbəti partiyaları keçirilib. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ABŞ təmsilçisi Ceffri Şonqu məğlub eədərək yarımfinala vəsiqə qazanıb. Bu şahmatçıların bundan əvvəlki görüşləri heç-heçə başa çatmışdı. Rəcəbov növbəti mərhələdə Levon Aronyan (Ermənistan) - Maksim Vaşye Laqrav (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Rəcəbov yarımfinalda Maksim Vaşye-Laqrav (Fransa) - Levon Aronyan (Ermənistan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu iki şahmatçı arasındakı hər iki görüş heç-heçə yekunlaşıb və qalib sabah "tay-breyk"də müəyyənləşəcək. Azərbaycanın digər şahmatçıları isə mübarizəni dayandırıb. Şəhriyar Məmmədyarovu 1/8 finalda məhz Teymur Rəcəbov üstələyib. Arkadi Naydiç 1/32 finalda almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov 1/16 finalda ABŞ təmsilçisi Leyner Dominges Peresə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova məğlub olub. Dünya Kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci il İddiaçılar Turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, belə bir hüquqa yiyələnə bilər. Sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail