PFL hansı klublardan pul gözləyir?

09.02.2012 | 3834 dəfə oxunub

“Bizə 4-5 klubun borcu var. Onlar arasında “Turan”, “Kəpəz”, “Simurq”u qeyd edə bilərəm”. Stadium.az xəbər verir ki, bu fikirləri açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. 

Vaxtilə milli çempionatımızın qalibləri olan Qərb təmsilçiləri – “Turan”la “Kəpəz”in cari mövsümdə çıxışını dayandırmağı ilə bağlı xəbərlər yayıldı. Tovuz klubunun prezidenti Musa Süleymanov maddi problemlərə görə imtina etdikdən sonra Premyer Liqada çıxışı sual altında idi. “Kəpəz” isə qış fasiləsi yaranan kimi fəaliyyətini dayandırmağı ilə bağlı rəsmi açıqlama verdikdən az sonra bunun əksi baş verdi. 

Musayev Gəncə və Tovuz təmsilçilərində problemlərin arxada qaldığına inanır. O, ən çox borcu olan klubun adını açıqladı: “Ən çox borc “Turan”ındır. Yəqin ki, klublar bunu çempionatın startına kimi ödəyəcək. “Turan”ın yeni rəhbərliyi, rayon icra başçısı Tofiq Zeynalovla söhbətim olub. “Kəpəz”də isə vəziyyət yaxşılaşıb. Komanda Antalya təlim-məşq toplanışında oldu, orda uğurlu oyunlar keçirdi”.

“Kəpəz” qış fasiləsində keçirilən beynəlxalq yoxlama oyunlarında nəticələrə görə ən yaxşı klubumuz oldu. Uduzmayan gəncəlilər çıxdığı 3 matçdan 2-də qalib gəlib, 1-də heç-heçə edib. “Turan” isə cari mövsümdə AFFA-nın İntizam Komitəsi tərəfindən ən çox cərimələnən klublardandır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail