Karlos Puyol "Barselona"nın təklifini rədd edib

26.09.2019 | 5781 dəfə oxunub

"Barselona"nın keçmiş kapitanı Karlos Puyol kluba qayıtmayacağını açıqlayıb. Stadium.Az xəbər verir ki, "Barselona" rəhbərliyi keçmiş futbolçuya klubda idman direktoru olmağı təklif etmişdilər.

41 yaşlı kataloniyalı öz Twitter hesabında bu haqda açıqlama verib:

"Son həftələrdə mənim "Barselona"ya qayıdacağım haqda xəbərlər yayılıb. Bəli, mənə idman direktoru olmaq təklif olunmuşdu. Lakin mən bunu qəbul etmədim. 

Bu təklifi qəbul etmədiyimi ailəmə demişdim. Amma mənim ikinci ailəm olan "Barselona" azarkeşlərinə bu haqda deməsəm düzgün çıxmazdı. Təklifdən imtina edərkən mənə çətin idi. Çünki hərzaman Barcelona-ya qayıtmaq istəmişəm. Hazırda özümü həmin vəzifə üçün hazırlıqlı hiss etmədiyim üçün bu qərarı verməli oldum. Klub rəhbərliyinə və azarkeşlərə mənə göstərdikləri etibara görə dərin təşəkkürlərimi bildirirəm" - Puyol yazıb.

Puyol karyerası ərzində ancaq "Barselona"da çıxış edib. O, 1999-2014 illəri arasında Kataloniya təmsilçisinin şərəfini qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail