Rendel Brenes rəsmən "Xəzər Lənkəran"da

09.02.2012 | 4348 dəfə oxunub

“Xəzər Lənkəran” Futbol Klubu bu gün Kosta-Rika millisinin hücumçusu Rendel Brenesin komandaya transfer məsələsini həll edib. Stadium.az xəbər verir ki, futbolçu klubla 2 il müddətli müqavilə imzalayıb.
 
28 yaşlı Rendel Moya Brenes karyerası boyu doğma ölkəsində və həmçinin Norveç çempionatında çıxış edib. Hücumçu 2005-2008-ci illərdə Skandinaviya ölkəsinin “Bodo Qlimt”, 2008-2009-cu illərdə “Konqsvinger” klublarının şərəfini qoruyub.
 
2010-cu ildən etibarən isə oyunçu ölkəsinin “Kartagines” klubunda top qovub. Klubumuza məhz “Kartagines”dən keçən Rendel cari mövsümdə 21 oyuna çıxmaqla 14 dəfə fərqlənməyi bacarıb.
 
Brenes həmçinin ötən il mütəmadi olaraq Kosta-Rika milli komandasının sıralarına da çağırılıb. Belə ki, futbolçu 2011-ci il ərzində CONCACAF Kubokunda 2 oyun, Mərkəzi Amerika Kubokunda 4 oyun və Copa America turnirində 2 oyunda meydana çıxıb. CONCACAF Kubokunda 1 qol vurmuş yeni transferimiz həmçinin ötən il 8 yoldaşlıq görüşündə forma geyinməklə, bu oyunlarda daha 2 dəfə fərqlənməklə yadda qalıb. 16 noyabr 2011-ci ildə Kosta-Rika millisinin dünya çempionu İspaniyaya qarşı keçirdiyi oyunda hesabı da məhz Rendal açmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail