"Ötənilki uğursuz nəticələri sığortalamalı və azarkeşlərin könlünü almalıyıq"

30.10.2019 | 5216 dəfə oxunub

"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin mətbuatına açıqlama verib. Stadium.Az xəbər verir ki, Bolqarıstan millisinin son toplanışına dəvət alan 26 yaşlı futbolçu əvvəlcə zədəsi ilə bağlı danışıb:

"Zədəmin ciddi olması ilə bağlı məlumatlar doğru deyil. Ötən cümə günü kiçik bir zədə almışdım. Artıq  kollektivlə birlikdə məq edirəm. Tam sağalmışam".

Bolqarıstan millisinin uğursuz nəticələrinə də toxunan Slavçev tezliklə "qara zolaq"dan çıxacaqlarına inandığını bildirib: "Baş məşqçi Georgi Dermendziyevin zəngindən şadam. Yığmanın məşqçilər korpusu da vəziyyətimdən xəbərdardır. Ötənilki uğursuz nəticələri sığortalamalı və azarkeşlərin könlünü almalıyıq. İnanıram ki, tezliklə başımızı yuxarı qaldırıb qələbəsiz oyunlar seriyasına son qoyacağıq".

Noyabrın 14-də Paraqvayla yoldaşlıq görüşü keçirəcək Bolqarıstan yığması bundan 3 gün sonra Avro-2020-nin seçmə mərhələsində Çexiya ilə qarşılaşacaq. Hər iki oyun Sofiyada olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail