“Xəzər Lənkəran” hazırlıqlara baş məşqçisiz başladı

12.02.2012 | 3740 dəfə oxunub

Premyer Liqanın XX turu çərçivəsində fevralın 15-də AZAL klubunu qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki,  “ağ-yaşıllar” dünən sərbəst məşq keçirib. 

Bəzi futbolçular, əsasən də ailəlilər fevralın 10-da səhər saatlarında rəhbərliyin icazəsi ilə evlərinə buraxılmışdılar. Düşərgədə qalan futbolçular isə sərbəst məşqdə iştirak ediblər. Hazırlığa qatılan futbolçuların arasında Andre Mureşan, Elvin Beçiri, Salif Ballo, Sadio Tounkara, Rodomir Todorov, Roberto Aliviz (ümumilikdə 10 futbolçu) olub. 

Komanda baş məşqçisi Cüneyt Biçərin yoxluğunda məşqi onun köməkçiləri keçməli olublar. Qısa ötürmələr üzərində çalışmalarla başlayan hazırlıq prosesi sonradan kiçik ölçülü qapılara zərbələrlə davam edib. İki tərəfli oyunla hazırlıq prosesi yekunlaşıb.

“Xəzər Lənkəran” komandası bu gün fevralın 12-də bütün heyətlə Lənkəranda bir araya gələrək AZAL-la oyunun hazırlıqlarının yekun hissəsinə başlayacaq.

12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail