Eden Hazard: "Mən heç vaxt PSJ-də oynamayacağam"

23.11.2019 | 6012 dəfə oxunub

"Real"ın futbolçusu Eden Hazard karyerası və şəxsi həyatı haqda açıqlamalar verib. Stadium.Az xəbər verir ki, “L'Equipe” nəşrinə müsahibə verən 28 yaşlı hücumçu 2012-ci ildə PSJ-nin onu transfer etmək istədiyini söyləyib:

“Onlar məni dəfələrlə transfer etmək istədilər, ancaq qəbul etmədim. Mən heç vaxt PSJ-də oynamayacağam. Fransa Liqasında "Lill"dən başqa heç bir klubda çıxış etmək fikrim yoxdur. Həmişə PSJ-nin təkliflərini rədd etmişəm. Hər şeyi dəqiq götür-qoy edirəm. Əgər mən Fransa çempionatına qayıtsam, yalnız "Lill"də çıxış edəcəyəm”.

O, çəkisinin artması ilə bağlı olan suala belə cavab verib: “İstirahət etdiyimi gizlətmirəm. Mən asanlıqla çəkisini artıra və yaxud azalda bilən insanlardanam. 18 yaşda "Lill"də oynadığım vaxtda çəkim 72 kq idi. Bu yay çəkim 80 kilo olmuşdu, ancaq mən 10 günə çəkimi azalda bildim”.

"Real"da geyindiyi “7” nömrəli formanın əvvəllər Kriştiano Ronaldoya məxsus olmasına isə Hazard belə münasibət bildirib: “7” nömrəli forma məndən öncə Mariano Diaz geyinirdi. Formanın nömrəsinə görə mübahisə etmək mənə uyğun bir şey deyil. Modriçin “10” nömrəli formanı geyindiyini bilirdim. "Çelsi"də əvvəllər “17” nömrəli formanı geyinirdim. "Real"da isə bu nömərnin Luka Yoviçə ayrıldığını bilirdim. Sonda klub tərəfindən belə bir qərar verildi”.

Bu yay "Çelsi"dən "Real"a keçən Belçika millisinin üzvü “kral klubu”nun heyətində ümumilikdə, 11 oyuna 1 qol vurub, 4 qol ötürməsi edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail