Avro-2020-nin püşka atıldı: Türkiyə millisi Bakıda oynayacaq, Portuqaliya, Fransa, Almaniya ölüm qrupunda

30.11.2019 | 4942 dəfə oxunub

Az əvvəl başa çatan tədbirdə 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkü atılıb. Stadium.Az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən tədbirdə 24 komanda 4 səbətə bölünüb.

Qitə çempionatına seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə  iştirak hüququ qazanacaq komandalar isə dördüncüdə olub.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Püşkün nəticəsində A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milliləri mübarizə aparacaq.

A qrupu
 
Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə

B qrupu
 
Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)

C qrupu
 
Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi

D qrupu
 
İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya

E qrupu
 
İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi

F qrupu

A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)

Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail