Ayxan Abbasov: "Qış fasiləsinə 4-cü yerdə yollanmağımız bizim üçün yaxşıdır"

08.12.2019 | 5913 dəfə oxunub

"Qəbələ" son oyunlarda yaxşı çıxır edirdi, böyükhesablı qələbələr qazanırdılar. Təcrübəli legionerləri var. İstəmədiyimiz səhv bizə baha başa gəldi".
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 14-cü turunda "Qəbələ" ilə keçirilən görüşdən (1:1) sonra mətbuat konfransında deyib.

O, azlıqda qalan rəqibə qalib gələ bilməmələrini heyətdə gənc və təcrübəsiz futbolçuların çox olması ilə əlaqələndirib: "Qırmızı vərəqələr rəqibi daha çox motivasiya etdi. Biz də dəyişikliklər etdik, hətta 3 hücumçu ilə oynadıq. Qış fasiləsinə 4-cü yerdə yollanmağımız bizim üçün yaxşıdır. Yəqin ki, qışdan sonra da eyni heyətlə davam edəcəyik. Futbolçuların da inkişafını istəyirik, nəticəni də. Sırf nəticəni istəsək, başqa şərtlərlə çalışmalıyıq. Ancaq gənclərin də inkişafını düşünürük. Qarşıda kubok oyunumuz var, sona qədər vuruşacağıq.
 
Futbolçularımın meydanda nə etdiyi bəllidir. Kor-koranə oynamırıq. İlk turlara baxsaq, fərq hiss olunur. İnkişaf var, amma rəqiblərimiz də artıq transferlərə başlayıb. Bu komandanı götürəndə belə halları rəhbərliyə bildirmişdim ki, bizi nələr gözləyir. Əsas məqsədimiz sonuncu olmayıb, bacardığımız qədər üst pillələrdə olmaqdır. Oyunlardakı geridönüşlərimiz də bir siqnaldır. Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər".
 
A.Abbasov rəqibin 2-ci qırmızı vərəqədən sonra daha yaxşı müdafiə olunduğunu əllavə edib: "Qırmızı vərəqə olmamış sistemi dəyişmək istəmirdim. Həftəboyu bunun üzərində çalışmışdıq, anidən sistemi dəyişmək istəmədim. Qırmızı vərəqədən sonra risk etməliydik. Bu, normaldır. Qırmızı vərəqə olmasaydı, bəlkə də daha rahat hücuma çıxa bilərdik. Rəqib sonuncu qırmızı vərəqədən sonra daha yaxşı müdafiə olundu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail