"Bakı" - "Qarabağ" oyunu statistikada

14.02.2012 | 4983 dəfə oxunub

Premyer Liqanın XX turunun "Bakı"-"Qarabağ" qarşılaşması öncəsi rəqiblərin nəticələri və maraqlı faktlar diqqəti çəkir. Stadium.az xəbər verir ki, komandalar bu günə qədər cəmi 23 dəfə qarşılaşıblar. Rəqiblər hərəyə 7 qələbə qazanıblar. Vurulan və buraxılan qolların nisbəti “Bakı“nın xeyrinədir 28:23.

“Bakı” 2004-cü ildən etibarən Ağdam klubunu 11 dəfə evdə qonaq edib. Komanda oyunların 4-də qalib gəlib, 2 dəfə məğlub olub. 5 oyun heç-heçə nəticələnib. Rəqiblərin qarşılaşmalarında yeganə böyükhesablı nəticə 2010-cu ilin aprel ayında qeydə alınıb. “Bakı“ səfərdə “Qarabağ“ı 4:1 hesabı ilə məğlub edib.

Komandalar cari mövsümdə hərəyə 8 qələbə qazanıb, 5 oyunda məğlub olublar. 

Maraqlı faktlar:

- “Qarabağ“ son 3 oyunda “Bakı“ya məğlub olmayıb. 

- “Qarabağ“ Premyer Liqanın geridə qalan 18 turu ərzində 30-45-ci dəqiqələrdə 1 dəfə də olsun qol vura bilməyib.

- "Bakı"nın 2011-2012-ci illər çempionatında ən böyük qələbəsini "Turan" üzərində qazanılıb: 5-0!

- "Qarabağ" məğlub olduğu 5 oyunda yalnız 1 top fərqi ilə uduzub.

Maraqlı faktlardan biri də budur ki, "Bakı" təlim-məşq bazasının stadionunda keçirdiyi oyunların heç birində məğlub olmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail