Şoliç: "Qarabağ"a mütləq qalib gəlməliyik"

14.02.2012 | 4516 dəfə oxunub

"Bakı"nın yarımmüdafiəçisi Aleksandr Şoliç klubun saytına açıqlama verib. Stadium.az xəbər verir ki, "fcBTv" televiziyasına müsahibəsində təcrübəli futbolçu söhbətə bu cür başlayıb: "Çempionatın ikinci dövrəsinə yaxşı hazırlaşmışıq. Komandaya yeni və yaxşı oyunçular gəldiyi üçün "Bakı" bir qədər də güclənib".

Sabah "Qarabağ"la qarşılaşacaq "Bakı"nın xorvatiyalı futbolçusu yeni transferlərlə bağlı danışdıqdan sonra Ağdam klubu üzərində mütləq qələbə qazanmalı olduqlarını bildirib: "Yeni transferlər bir neçə həftə öncə komandaya qoşulublar və az müddətdə özlərini yaxşı tərəfdən göstəriblər. Ona görə də onların komandaya uyğunlaşmasında hər hansı problemin olacağına inanmıram.

Məncə, ikinci dövrədə daha yaxşı oyun nümayiş etdirəcəyik və öz gücümüzü göstərəcəyik. "Qarabağ"la oyunda isə bu yalnız qələbə qazanmaq barədə düşünürük. İlk "altılıq"da yer almaq üçün bu oyunda qalib gəlməliyik. Əsas məqsədimiz də ilk "altılığ"a vəsiqə qazanmaqdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail