Zaur Həşimov: "Aşkar penalti idi, hətta qırmızı vərəqə də vermək olardı"

20.12.2019 | 5968 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Zaur Həşimov ölkə kubokunun 1/4 final mərhələsində "Səbail"ə qalib gələrək yarımfinala çıxdıqları oyundan sonra mətbuat konfransında qarşılaşma barədə danışıb: 

"Çox stressli oyun idi. Bu, hər iki matça aiddir. Futbolçularımızda qələbə əzminə görə həddən artıq gərginlik vardı. Sözün düzü, elə məndə də. Əsas odur ki, nəticə bizim üçün yaxşı oldu və mərhələni keçdik.

İlk oyunda da penalti epizodu vardı. Düz hakimin gözü qabağında idi. Aşkar penalti idi, hətta qırmızı vərəqə də vermək olardı. Fikrimcə, Qadzeni yıxdıqları epizodda penalti var idi. Ancaq indi dəqiq deyə bilmərəm. Rəhim Həsənov təcrübəli hakimdir. Yəqin ki, FİFA-nın son qaydalarını bilərək belə qərar verib".

Həşimov əlavə vaxtda meydana buraxdığı Sezar Rodrigesin qol vurması haqda isə deyib: "Bu dəfə də iki hücumçuyla oynadıq. Sadəcə, indi Mfonu ilk dəqiqələrdən meydana buraxdıq. Meydana 6 yerli futbolçuyla çıxmışdıq və Xulionu meydana buraxmağı planlaşdırmışdıq. Hiss etmirdim ki, qol vuracaq, sadəcə, komamdaya kömək edəcəyinə əmin idim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail