Emil Balayev: "Gözlənilməz nəsə baş verə bilər"

20.12.2019 | 6267 dəfə oxunub

"2019-cu il mənim üçün yadda qalan oldu. Milli komandada debütüm bu ildə reallaşdı. Buna görə "Tobol"un rəhbərliyinə, məşqçi heyətinə təşəkkür edirəm. Çünki onlar mənə dəstək oldular”.

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin qapıçısı Emil Balayev bu gün jurnalistlərə açıqlamasında deyib. Qazaxıstanın “Tobol” klubunda çıxış edən 25 yaşlı qolkiper kkomandaya  erməni Qriqori Babayanın baş məşqçisi təyin olunmasına münasibət bildirib:

"Hazırda "Tobol"da qalıb-qalmayacağımla bağlı nəsə deyə bilmərəm. Çünki mən peşəkar futbolçuyam və müqaviləm var. Müqaviləm məşqçi ilə deyil, klubladır. Bu sözləşmə bir il daha davam edir. Azərbaycan və Qazaxıstan çempionatları arasında fərq var. Qazaxıstanda çempionat yazdan qışa qədər keçirilir. Mən hazırda istirahətdəyəm deyə, klubla əlaqəyə çıxmamışam. Ona görə də dəqiq bir söz deyə bilməyəcəyəm.

Bu barədə danışmaq bir az qəliz məsələdir. Nə olsa belə, "Tobol" rəhbərliyi həmişə mənə hörmətlə yanaşır.  Peşəkar müqavilə varsa, qarşılıqlı öhdəliklər yerinə yetirilməlidir. Bizdə isə klub rəhbərliyi ilə qarşılıqlı hörmət var. Necə olacağı barədə düşünməmişəm. Həyatda hər şey mümkündür. Gözlənilməz nəsə baş verə bilər. İndidən danışmaq düzgün deyil".

Balayev "başqa klublardan təklif almısınızmı" sualını da cavablandırıb: "Futbol elə bir idman növüdür ki, agentlər və menecerlər var. Təklif olsa belə, birbaşa mənimlə əlaqəyə çıxan şəxslər yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail