"Qışdan sonra necə olacağını görəcəyik"

20.12.2019 | 5864 dəfə oxunub

"Rəqibi mərhələ keçməsi münasibəti ilə təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər". Stadium.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/4 finalının "Qəbələ" ilə cavab matçından sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis 2:3 hesabı ilə uduzduqları görüşü belə şərh edib: "Mən oyunçularıma pis heç nə deyə bilmərəm. Onlar hər şeyi etdilər. Biz oyunu Qəbələdə uduzmuşduq. Oyunçularımı bu gün meydanda bütün güclərini sərf etdikləri üçün təbrik edirəm".

Sopiç "Hendrik Ekşteynin “Sabah”da gələcəyi var, yoxsa bu gün artıq bitdi?" sualına cavabı belə olub: "Ekşteyn və ya digər futbolçularla problemim yoxdur. Bura gəlməzdən əvvəl və gördükdən sonra klub prezidenti ilə, menecerlə danışmışam. Hər kəs özünü məşqdə göstərməlidir. Qışdan sonra necə olacağını görəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail