"Barselona" Messinin atasıyla danışıqlara başlayıb

22.12.2019 | 4728 dəfə oxunub

"Barselona"nın rəhbərliyi hazırkı müqaviləsini uzatmasından ötrü Lionel Messinin nümayəndələri ilə danışıqlara başlamağa hazırlaşır.

Stadium.Az xəbər verir ki, tezliklə klub və 32 yaşlı hücumçunu təmsil edən atası danışıqlar stolu ətrafında əyləşəcək. Messinin hazırkı müqaviləsi 2021-ci ilin iyulunda başa çatır. Kataloniya təmsilçisi yeni müqavilənin 2023-cü ilədək imzalanmasını istəyir.

Argentinalı forvard bu mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 17 oyuna 14 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

İspaniya klubu Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə qarşılaşacaq. Hazırda "Barselona" İspaniya La Liqasında liderliyini davam etdirir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail