"Qarabağ" UEFA-nın yeni reytinqində 100-lükdədir

24.12.2019 | 5199 dəfə oxunub

UEFA Çempionlar Liqasında 1955-2019-cu illərdə əldə olunan nəticələrə əsasən  klubların reytinq cədvəlini açıqlayıb.

Stadium.Az xəbər verir ki, ardıcıl altı ildir ölkəmizi qitənin ən nüfuzlu klub tirnirində təmsil edən “Qarabağ” 510 klub arasında ilk 100-lükdə yer alıb.

Ötən il 100-cü olan Ağdam klubu  16 pillə irəliləyib. ÇL-in 64 illik tarixi ərzində 5-i təsnifat, 1-i isə qrup mərhələsi olmaqla, ümumilikdə 6 dəfə turnirdə iştirak edən “Qarabağ” 41 xalla 84-cü pillə qəraraşıb.

Çempionlar Liqasında 36 oyun keçirən Qurban Qurbanovun komandası bu matçların 14-də qalib gəlib, 13-də heç-heçə edib, 9 görüşdə isə uduzub.

“Qarabağ” “Lokomotiv” (Moskva, 97-ci yer), “Astana” (106), “Vilyareal” (111), “Atletik” (114), “Trabzonspor” (116), “Ştutqart” (118), “Nyukasl” (119),  “Real Sosyedad” (127), “Aston Villa” (128),  “Volfsburq” (139) kimi klubları geridə qoyub.

Çempionlar Liqasın tarixində ən çox  - 437 oyun keçirən “Real”  600 xalla reytinqə başçılıq edir. “Bavariya” (474 xal) ikinci, “Barselona” isə (446 xal) 3-cü yerdədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail