Mirabdulla Abbasov “Neftçi”yə qayıdır

24.12.2019 | 5554 dəfə oxunub

Mirabdulla Abbasov “Neftçi”yə qayıdacaq. Stadium.Az xəbər verir ki, bu barədə oxu.az-a futbolçunun yaxınları bildirib.

24 yaşlı hücumçu 12 xalla Premyer Liqada sonuncu olan “Səbail”də qalmaq istəmir. Maliyyə problemi ilə üzləşmiş “Səbail” də futbolçularını saxlamaqda çətinlik çəkir.

Mirabdulla Abbasov müqavilə ilə “Neftçi”yə məxsus olsa da, yayda bir illiyə “Səbail”ə oyun praktikasından əziyyət çəkməmək üçün icarəyə göndərilib.

Bununla belə, artıq qış transfer pəncərəsi dönəmində futbolçu “Neftçi”yə qayıdacaq. “Neftçi”nin baş məşqçisi Roberto Bordin də onun qayıtmasını istəyir.

Mirabdulla Abbasov “Səbail”də cari mövsüm 11 oyuna çıxıb və rəqib qapılarından üç qol keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail